Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə 95 nömrəli tam orta məktəbin rəhbərliyi və şagirdlərinin iştirakı ilə onlayn görüş keçirilib. “Günümüzün fədakarları” adlı onlayn görüşə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qənbərova da qatılıb.
Onlayn görüş zamanı çıxış edən qonaqlar vətəndaşların sağlamlığına həssas yanaşan dövlətimiz tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vacib və təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini şagirdlərin diqqətinə çatdırıblar. Bu günlər Azərbaycan xalqının nümunəvi birlik nümayiş etdirdiyi vurğulanıb.
Həmçinin şagirdlərin təhsildən geri qalmaması, onların gündəlik dərs proqramına yiyələnməsi istiqamətində müxtəlif tədbirlərin görüldüyü, dərslərin distant formada keçirildiyi haqda fikir mübadiləsi aparılıb.
Qonaqlar şagirdlərə tövsiyələr verib, dərsləri ilə yanaşı, mütaliəyə də xüsusi diqqət yetirmələrinin vacibliyini önə çəkiblər.