Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi dövründə Azərbaycan İstiqlal Muzeyi də fəaliyyətini şəraitə uyğun olaraq virtual formatda davam etdirir, müxtəlif layihələr, onlayn treninqlər, ekskursiyalar təşkil edir.
Aprelin 29-da muzey Tovuz rayonundakı Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin şagirdləri üçün ikinci dəfə virtual ekskursiya təşkil edib.
Muzeyin elmi işçisi Şövkət Əskərova Azərbaycan tarixini özündə əks etdirən eksponatlar haqqında şagirdlərə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, İstiqlal Muzeyi tərəfindən bundan öncə Masallı və Lənkəran məktəbliləri üçün də virtual ekskursiya təşkil edilib.