Məşhur hind kinoaktyoru Rişi Kapur aprelin 30-da, 68 yaşında vəfat edib. Rişi Kapur xərçəngdən müalicə aldığı Mumbai şəhərindəki klinikalardan birində dünyasını dəyişib.

Bollivudun ulduzlarından olan Rişi Kapur dünya şöhrətli aktyor və rejissor Rac Kapurun oğludur.

Rişi Kapura ilk şöhrəti atasının çəkdiyi “Bobbi” filmi (1973) gətirib. Bundan başqa, rol aldığı  “Qisasçı”, “Belə yalançı”, “Məhəbbət xəstəliyi” və digər filmlər dünyada, o cümlədən Azərbaycanda çox sevilib.

Hindistanlı tanınmış aktyor İrfan Xan isə aprelin 29-da, 53 yaşında vəfat edib. O, “Xarabalıqdan olan milyonçu”, “Yeni insan-hörümçək” kimi məşhur filmlərdə rol alıb. Bir neçə il əvvəl xərçəng xəstəliyinə tutulan aktyor kinodan uzaqlaşmışdı.