Azərbaycan Dövlət Rəsm Qalereyası da karantin günlərində sosial şəbəkə hesabından maraqlı paylaşımlarını davam etdirir.
Qalereyanın “Evdə qal - qalib gəl!” layihəsi çərçivəsində mayın 5-də “Qadınlar və güllər” adlı virtual sərgi keçirilib. Sərgidə qalereyanın kolleksiyasından Azərbaycan rəssamlıq sənətində silinməz izlər qoyan Toğrul Nərimanbəyov, Güllü Mustafayeva, Xalidə Səfərova, Tələt Şıxəliyev, Altay Sadıqzadə, Qafar Seyfullayev, Mirnadir Zeynalov, Yelena Haqverdiyeva, Niyaz Nəcəfov və başqalarının müxtəlif üslub və texnikalarda işlədiyi natürmort və portret janrında əsərləri onlayn nümayiş olunub.
Qalereyanın “Facebook” səhifəsində qurumun əməkdaşı Ziyarət Cabbarovanın “Epidemiya dövrlərində ərsəyə gələn əsərlər” adlı məqaləsi yayımlanıb.