Növbəti videoçarx fədakar polislər haqqındadır

Koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə həkimlərimizlə yanaşı Azərbaycan polisləri də ön sıradadırlar.

Onlar da öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığı üçün, virusa yoluxma riskini azaltmaqdan ötrü xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir. Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların köməyinə də çatır, onlara yardım əli uzadır.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə hazırladığı yeni videoçarx polislərimizə həsr olunub.

Xatırladaq ki, bundan əvvəl Bakı Media Mərkəzinin “Azərbaycanfilm” kinostudiyası ilə birgə ərsəyə gətirdiyi videoçarx gecə-gündüz insanları koronavirus caynağından xilas etməyə çalışan, bu yolda həyatları ilə risk edən tibb işçilərimizə həsr olunmuşdu.