Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsi xüsusi karantin rejimində bakalavriat səviyyəsi üzrə onlayn və videodərsləri davam etdirir. Eyni zamanda onlayn kollokviumlar təşkil olunur, tələbələrin qiymətləndirilməsi aparılır.

BXA-dan  bildirilib ki, dərslərin keçirilməsinə və keyfiyyətinə fakültə dekanı tərəfindən nəzarət edilir və həftəsonu akademiya rəhbərliyinə hesabat verilir. İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi bu xüsusda müəyyən təlimatlar, metodiki göstərişlər və proqram təminatı ilə bağlı məsləhət xarakterli videogörüşlər keçirir, nümunəvi dərsləri ali təhsil müəssisəsinin rəsmi “Youtube” kanalı və “Facebook” səhifəsində yerləşdirir.

İncəsənət fakültəsi üzrə indiyədək həm nəzəri, həm də ixtisas fənlərindən 60-dan çox dərs təşkil olunub, mühazirələr tələbələrin elektron poçt ünvanlarına göndərilib.

Distant şəkildə dərslərin tədris ilinin sonuna qədər davam etdirilməsi nəzərdə tutulur.