III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqə proqramına 28 ölkədən 78 film daxil edilib

İyunun 1-dən 4-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivalın açılış mərasimi 1 iyunda saat 19-da Nizami Kino Mərkəzində olacaq.

Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Layihə eyni zamanda tarixi və mədəni irsin mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına daha geniş diqqət cəlb etmək məqsədi daşıyır.
Festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Film göndərilən ölkələr ABŞ-dan Monqolustana, Türkiyədən Argentinaya, Avstraliyadan Braziliyaya, Çin və Hindistandan Kanada, Kolumbiyadan Mərakeş və Misirə, Vyetnamdan Avropa və MDB ölkələrinədək geniş coğrafiyanı əhatə edir.
Seçim komissiyası tərəfindən 28 ölkədən 78 film müsabiqə proqramına daxil edilib. Seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar: ölkə, region, şəhər; mədəniyyət, ənənə; reklam filmləri; ekoloji turizm və digər turizm növləri; TV məhsullar (filmlər, videoçarxlar).
Festivalın müsabiqə proqramındakı filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Tanınmış jurnalist Azər Qəribin rəhbərlik etdiyi heyətə Ayaz Salayev, Yusif Şeyxov, Rauf Paşayev (Azərbaycan), Endre Florian (Macarıstan) və İnna Demejko (Rusiya) daxildir.
Hər kateqoriya üzrə 3 film mükafatlandırılacaq.
I yerə - Qızıl mükafat (diplom və mükafat);
II yerə - Gümüş mükafat (diplom və mükafat);
III yerə - Bürünc mükafat (diplom və mükafat) təqdim ediləcək.
Festivalın ən yaxşı filmi isə Qran pri mükafatı ilə təltif olunacaq.
Yerli filmlər eyni zamanda Milli mükafat uğrunda yarışacaqlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar