Milli realist ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olan yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2020-ci il tarixli sərəncamına əsasən, ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə poçt markası nəşr edilib.

“İndoneziya Poçt Dövlət Şirkəti” tərəfindən nəşr edilən poçt markasında ədibin vətəni – “Şuşa, Azərbaycan” yazısı, Haqverdiyevin gənclik şəkli ilə yanaşı, arxa fonda Şuşa qalası təsvir olunub.

Poçt şirkəti ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, marka may ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb.