Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan “Azərbaycanım” 3-cü respublika rəsm müsabiqəsinə qeydiyyat davam edir.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzovun sözlərinə görə, müsabiqədə iştirak etmək istəyənlərin müraciətini və koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar müsabiqənin müddətinin artırılması barədə xahişləri nəzərə alınaraq qeydiyyat mayın 15-dək uzadılıb.

Müsabiqə haqqında ətraflı məlumatı Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (azgallery.az), Xətai Sənət Mərkəzinin saytı (xsm.az) və sosial şəbəkələrdəki hesabları vasitəsilə əldə etmək mümkündür.

Müsabiqədə iştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümündə “Azərbaycanım” banerinə və ya http://xsm.az/site/azerbaycanimfestival/ linkinə daxil olmaqla 1 və ya 2 əsərinin fotosunu daxil edərək göstərilən anketi doldura bilər.

Qeyd edək ki, müsabiqə 21 yaşadək yeniyetmə və gənclər arasında keçirilir.