İyunun 6-da Mədəniyyət və Turizm Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə 10 saylı cəzaçəkmə müəssisəsində “Yarımçıq xatirələr” bədii filmi nümayiş olundu.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, Ədliyyə Nazirliyinin nümayəndələri iştirak edirdi.
Tədbirin təşkilində məqsəd “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq azadlıqdan məhrum edilmiş şəxsləri Azərbaycan kinosunun yeni nailiyyətləri ilə tanış etməkdir.
Filmin nümayişindən öncə çıxış edən 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi Eyvaz Əsgərov azadlıqdan məhrum edilmiş şəxslərin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, müəssisədə klub, kitabxana fəaliyyət göstərir. Rəis bu işdə öz dəstəyini əsirgəməyən Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, ölkəmizin hər bir vətəndaşı kimi, məhbus həyatı yaşayan insanlarımız da bizim üçün əzizdir. Qeyd etdi ki, hər birimiz onların islah olunaraq yenidən cəmiyyətimizə dönməsində əlimizdən gələn köməyi göstərməliyik.
Sonra rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” bədii filminin nümayişi başladı.
Qeyd edək ki, 2015-ci ildə ekrana çıxan film 1941-ci ildə II Dünya müharibəsi zamanı Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar