Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan filmləri festivalı keçirilib.
Festival paytaxtdakı Kino evində Azərbaycan rejissorları Elxan Cəfərovun “Yarımçıq xatirələr” bədii filmi ilə açılıb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Yarımçıq xatirələr” filmi 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.
Sonra “Vəkil hanı?”, “Səyyah” filmləri, həmçinin animasiya və sənədli filmlər göstərilib.
Azərbaycan filmlərinin təqdimatı Düşənbənin “Cavonon”, “Zebuniso” kinoteatrları və “Tacikfilm” kinostudiyasında təşkil olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar