Kinorejissorlar Elçin Musaoğlunun “Nabat” və Asif Rüstəmovun “Axınla aşağı” tammetrajlı bədii filmləri Türkiyədə “Kristal Kale” beynəlxalq festivalının əsas proqramında yer alıb.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, iyunun 24-dən 30-dək davam edəcək festivalda Azərbaycan, Almaniya, Bolqarıstan, Belarus, Qazaxıstan, Rusiya və digər ölkələrin istehsalı olan filmlər nümayiş olunacaq.
Qeyd edək ki, hər iki bədii film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2014-cü ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilib.
Dram janrında ekranlaşdırılan “Nabat” bədii filminin ssenari müəllifləri Elxan Nəbiyev, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərovdur.
“Axınla aşağı” bədii filminin isə ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar