İyunun 9-dan 11-dək Polşanın Lublin şəhərində dünyanın ən böyük turistik, ekoloji və incəsənət filmlərinin festivalı olan XI Beynəlxalq Film Festivalı keçirilib.
Azərbaycanın Polşadakı səfirliyindən bildiriblər ki, festival ənənəvi olaraq beynəlxalq konfransla müşayiət olunub. Yeddi ölkənin nümayəndələrinin qatıldığı konfransda turistik və ekoloji filmlərə həsr olunmuş mövzularla yanaşı, digər sahələrin təbliğatına aid mövzular da müzakirə olunub.
Festival və konfransda tanınmış azərbaycanlı teleaparıcı, tarixçi Fuad Axundov, Bakı Media Mərkəzinin nümayəndəsi Rüfət Kərimzadə, səfirliyin nümayəndələri iştirak ediblər.
Dünya və Avropa ölkələrinin incəsənət xadimlərini, film yaradıcılarını, alimlərini və müxtəlif təşkilatlarının nümayəndələrini bir araya gətirən konfrans və festival təcrübə mübadiləsi üçün çox önəmli bir platformaya çevrilib.
Tədbir çərçivəsində həmçinin XI Beynəlxalq Film Festivalının təşkilatçılarının təşəbbüsü və səfirliyin dəstəyi ilə “Polşalı memarlar Bakıda” adlı sərgi də təşkil olunub. Sərgi iyunun sonuna qədər Lublin Mədəniyyət mərkəzində davam edəcək.
Daha sonra festivalın qala-tədbiri keçirilib və qaliblərə mükafatlar təqdim edilib. Polşa dəyərlərinin dünyada təbliğinə verdiyi töhfəyə və “Polşalı memarlar Bakıda” adlı uğurlu təqdimatına görə Fuad Axundov “Turist 2016”, mədəni turizm kateqoriyasında ən yaxşı təbliğedici film kimi Bakı Media Mərkəzinin təqdim etdiyi “Azərbaycan ruhunu hiss et” filmi mükafat və diploma, maarifləndirici filmlər kateqoriyasında isə “Yaddaş” studiyasının hazırladığı “Azərbaycan mətbəxi: ağız dadı” filmi xüsusi mükafata layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar