Kinorejissor Namiq Ağayev “Ol” adlı yeni filmin çəkilişinə başlayıb. “RUN film” və “Turan film”in birgə istehsalı olan ekran əsərinin ssenari müəllifləri Namiq Ağayev və Fikrət Məmmədov, quruluşçu rəssamı İrandan dəvət olunmuş Rza Fəllahiandır. Filmdə Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva və türk aktyoru Tuncər Salman rol alıb.
Film tragikomediya janrındadır. Tamaşaçı film içində bir filmə tamaşa edəcək. Ssenari iki yaradıcı insandan - aktyor və rejissor olan iki qardaşdan bəhs edir. Filmin əvvəlində uğursuzluğa düçar olan qardaşlar sifarişçi tərəfindən döyülüb küçəyə atılır. Və bütün hadisələr bundan sonra başlayır. Uğursuzluğa baxmayaraq, onlar filmi sona çatdırmağı bacarırlar.
Yeni ekran əsərinin nümayişi payızda baş tutacaq.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar