Moskvada 38-ci beynəlxalq kinofestivala yekun vurulub. Məşhur kino xadimlərinin iştirak etdiyi festivalın bağlanış mərasimi "Rusiya" kinoteatrında baş tutub. Xəstəxanada müalicə aldığı üçün festivalın açılış mərasimində iştirak edə bilməyən kinofestivalın prezidenti, Rusiyanın Xalq artisti Nikita Mixalkov da bağlanış mərasiminə qatılıb.
Kinofestivalın Qran-pri mükafatına (“Qızıl Georgi") İran rejissoru Rza Mirkəriminin "Qız" filmi layiq görülüb. Bu filmdə baş rolu ifa edən Fərhad Aslani isə ən yaxşı aktyor kimi xüsusi mükafat qazanıb. İranlı rejissora mükafatı bolqar həmkarı İvaylo Xristov təqdim edib. Rza Mirkərimi bildirib ki, bu onun Moskva festivalında qazandığı ikinci mükafatdır: “Səkkiz il əvvəl də ailə dəyərlərindən bəhs edən filmlə festivala qatılıb qalib oldum, bu il yenə eyni mövzulu filmim bəyənilərək mükafatlandırıldı. Görünür ki, dünyanın hər bir bucağında ailə dəyərləri eyni dərəcədə qiymətlidir”.
Fesivalın ən yaxşı rejissor işinə görə "Gümüş Georgi" mükafatı "37" adlı bədii filmə görə danimarkalı rejissor Puk Qrastenə verilib. "Ən yaxşı aktrisa" nominasiyası Ralston Coverin "Pelena" filmində yaratdığı obraza görə 13 yaşlı filippinli Tereza Malverə təqdim edilib.
Festivalın xüsusi mükafatı bolqarıstanlı rejissor Radoslav Spasova ("Oxuyan ayaqqabılar" filmi), “Konstantin Stanislavski” mükafatı rusiyalı teatr və kino aktrisası Marina Neelovaya verilib.
Festivalın diqqət mərkəzində olan qonaqları sırasında uruqvaylı populyar aktrisa Natalya Oreyro da yer alıb. Tədbir çərçivəsində aktrisa haqqında lentə alınan “Bizim Nataşa” filminin premyerası baş tutub.
Xatırladaq ki, iyunun 23-dən 30-dək davam edən festivalın əsas proqramında 13 film nümayiş etdirilib.

Lalə Azəri








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar