Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında özünəməxsus dəst-xətti, yaradıcılıq üslubu ilə seçilən kinorejissor, ssenarist Elçin Musaoğlunun anadan olmasının 50 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edənlər yubilyara təbriklərini və xoş sözlərini çatdıraraq onun yaradıcılığından bəhs ediblər.
Qeyd olunub ki, Elçin Musaoğlu 50-dən artıq sənədli filmin, “40-cı qapı”, “Nabat” bədii filmlərinin ssenari müəllifi və rejissoru kimi kinomuza yeni nəfəs gətirib. Təkcə “Nabat” filmi 30-a yaxın beynəlxalq film festivalında iştirak edərək 10-dan artıq mükafata layiq görülüb. O, kinorejissor kimi daim axtarışda olan, öz biliyini artırmaq, dünyagörüşünü genişləndirmək istəyən sənətkar, səmimi bir insandır.
Çıxış edənlər Elçin Musaoğluna gələcək fəaliyyətində uğurlar arzulayıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar