Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən 28 May – Respublika Günü münasibətilə “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı vebinar təşkil olunub.
Vebinarda MEMİM-in direktoru Asif Usubəliyev, elmi katibi Cavid Əliyev, şöbə müdirləri Nəzakət Rəhmanova, Nurəddin Babazadə, metodistlər Rəfiqə Nəsirova və İsmayıl Nəsirov çıxış ediblər.
Çıxışlarda qeyd edilib ki, Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirilib.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin daha bir vebinarı 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Onlayn müzakirəyə mərkəzin əməkdaşları ilə yanaşı, regionlarda çalışan gənc mədəniyyət işçiləri, habelə kitabxanaların uşaq şöbələrinin mütəxəssisləri də qatılıb. MEMİM-in əməkdaşları, Gəncə şəhər Uşaq kitabxanasının şöbə müdiri Ellada Rəhimova və başqaları çıxış ediblər.
Tədbirin sonunda çıxış edən MEMİM-in direktoru Asif Usubəliyev uşaqlara qayğının dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu vurğulayıb, uşaqlarda estetik zövqün formalaşması, vətənpərvərlik hisslərinin aşılanması istiqamətində görülə biləcək işlər haqqında danışıb.