Bu il Xirosima faciəsinin 71-ci ildönümü ilə əlaqədar Yaponiyada keçirilən anım tədbirləri sırasına film nümayişi əlavə olunub. “Müharibə və sülh” adlı xüsusi proqrama müxtəlif illərdə ayrı-ayrı ölkələrdə istehsal olunmuş altı film dəvət alıb. Bu sırada Elçin Musaoğlunun “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi, Qarabağ müharibəsi mövzusunu əks etdirən “Nabat” bədii filmi də var.
Dünya sülh uğrunda mübarizə hərəkatının simvolu olan Xirosima qurbanlarının anım mərasimi Xirosima Memorial Sülh Parkında keçiriləcək.
“Nabat” filmi ingilis və yapon dilində alt yazı ilə təqdim olunacaq.
Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatimə Məhəmməd Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə lentə alınan “Nabat” filmi 30-dək xarici festivalda iştirak edib, 10-dan mükafata layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar