2 avqust Azərbaycan kino işçilərinin peşə bayramıdır. Bu əlamətdar gün Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə təsis edilib.
Hər il olduğu kimi, bu il də Azərbaycan kinosu günü münasibətilə Nizami Kino Mərkəzində təntənəli mərasim keçiriləcək.

Avqustun 2-də mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən hazırlanmış Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsi və “40-cı paraleldə” kinoalmanaxı təqdim olunacaq. Almanaxa dörd gənc rejissorun ekran işləri - “Qara bağ”, “Onun atası”, “Postskriptum” və “Hədiyyə” qısametrajlı bədii filmləri daxildir.
“Qara bağ” filminin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərovdur. Baş rolları Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov canlandırırlar.
“Onun atası” filminin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqovdur. Rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza oynayırlar.
“Postskriptum” filminin quruluşçu rejissoru Emin Mirabdullayev, ssenari müəllifləri Ramiz Fətəliyev və Emin Mirabdullayev, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Səid Qəni, icraçı prodüseri Vüsal Abbasovdur. Filmdə Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat çəkiliblər.
“Hədiyyə” filminin quruluşçu rejissoru Emin Əfəndiyev, ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Azər Əsgərov, icraçı prodüseri Vüsal Abbasovdur. Filmdə baş rolları İlahə Həsənova, Qorqud Cəfərli və Şamil Süleymanlı canlandırır.
Mərasimdə həmçinin bir qrup kino veteranı mükafatlandırılacaq.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar