Bakıda ənənəvi olaraq keçirilən Avropa film festivalı bu il noyabrın 3-də start götürəcək və 10 gün davam edəcək.
“Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasət, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin rəhbəri xanım Auşra Raişite-Daukantien sayca 7-ci festivala hazırlıq işlərini müzakirə ediblər.
Qeyd olunub ki, festival haqda informasiya “Park Cinema”nın bütün meydançalarında monitorlarda nümayiş olunacaq.
3-12 noyabr tarixlərində baş tutacaq festival iştirakçı ölkələrin və tamaşaçıların, eləcə də festivalda təmsil olunacaq filmlərin sayı baxımından daha irimiqyaslı hadisə olacaq. Tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında filmlərlə yanaşı, animasiya və sənədli işlər də təqdim olunacaq.
VII Avropa film festivalında Azərbaycan, Almaniya, Avstriya, Belçika, Çexiya, Estoniya, Finlandiya, Böyük Britaniya, Xorvatiya, Rumıniya, İtaliya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstan, İsveçdə istehsal olunmuş filmlər nümayiş olunacaq.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar