Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2 avqust - Azərbaycan kinosu günü münasibətilə bir qrup kino xadimini pul mükafatları ilə təltif edib.
İttifaqın mətbuat xidmətindən bildirilib ki, kino xadimləri bu sahədə uzun müddət səmərəli fəaliyyət göstərdiklərinə görə peşə bayramı ərəfəsində mükafatlandırılıblar.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Milli Kino Mükafatına (2000 manat) bu il Xalq artisti, görkəmli kinorejissor Eldar Quliyev layiq görülüb.
Həmçinin yubilyarlar - xalq artistləri Ramiz Fətəliyev və Ramiz Mirzəyev, Əməkdar incəsənət xadimləri Oqtay Babazadə, Yavər Rzayev, Fuad Vəlixanov, əməkdar mədəniyyət işçiləri Tağı Babayev, Rəfiqə Budaqlı, Əməkdar rəssam Fikrət Ələkbərov 500 manat mükafatla təltif olunub.
Bununla yanaşı, kino veteranları - əməkdar mədəniyyət işçiləri Natalya Şneyer, Şahin Qalabəyov, Lidiya Şarkovkina, Rimma Abdullayeva, Pərviz Quliyev, Ənvər Əbluc, Nəriman Şıxəliyev, Akif Rüstəmov, Vladimir Dudniçenko, Elman Əliyev və Kamal Seyidov ittifaq tərəfindən 300 manat məbləğində mükafatlandırılıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar