İyunun 12-də Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin virtual yekun sərgisi açılacaq.

Sərgi rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənc rəssamların yaradıcılığında hazırkı vəziyyətlə əlaqədar səhiyyə işçilərinin, hüquq mühafizə orqanları əməkdaşlarının göstərdiyi fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədilə həyata keçirilir.

Müsabiqənin yekun sərgisini virtual qaydada Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin sosial media hesabları vasitəsilə izləmək mümkün olacaq.