Böyük qırğız yazıçısı, türk dünyasının fəxri, dünya ədəbiyyatının parlaq siması Çingiz Aytmatovun (1926-2008) vəfatının 12-ci ildönümü (10 iyun) ilə bağlı Türkiyənin “Anadolu” agentliyi infoqrafika yayıb.
“Bozkırın canlı qələmi” sərlövhəsi ilə təqdim olunan sənət əsərində yazıçının zəngin həyat və yaradıcılığından bəhs olunur. Çingiz Aytmatovun dünya ədəbiyyatına miras qoyduğu dəyərli əsərlər, təltif olunduğu ali mükafatlar və s. barədə türkdilli oxuculara müfəssəl məlumat verilir. Diqqətə çatdırılır ki, əsərləri yüzdən artıq dilə tərcümə edilən böyük ədib qırğız ədəbiyyatı ilə bərabər türk və rus ədəbiyyatları üçün də görkəmli bir simadır.