ABŞ-ın Yale Universiteti 2021-ci il üçün dram əsərləri müsabiqəsi elan edib. “Yale Drama Series” gənc dramaturqlar üçün hər il keçirilən beynəlxalq müsabiqədir. Müsabiqə Devid Çarlz Horn Fondunun dəstəyi ilə maliyyələşdirilir.

Müsabiqənin qalibinə fond tərəfindən 10 min dollar məbləğində mükafat veriləcək. Müsabiqəyə yalnız ingilis dilində yazılmış pyeslər qəbul olunur. Təqdim olunan işlər orijinal, dərc olunmamış ən azı 65 səhifədən ibarət pyeslər olmalıdır. Tərcümələr, müzikllər  və uşaq tamaşaları qəbul edilmir.

“Yale Drama Series” gənc dramaturqlara dəstək üçün nəzərdə tutulub. Müəllif müsabiqədə yalnız bir dəfə qalib gələ bilər.

Müraciət etmək istəyənlər https://yup.submittable.com/submit linkinə daxil ola bilərlər.