Dünya şöhrətli Niderland rəssamı Rembrandt Harmens van Reynin (1606-1669) “sərt üslub”da çəkdiyi avtoportreti “Sotheby’s” hərrac evində 20 milyon dollara satışa çıxarılıb.

Özünü 26 yaşında təsvir edən rəssam bu işi ən xoşbəxt və yaradıcılığının qaynar illərində yaradıb. O, Amsterdama köçdükdən sonra peşəkar bir rəssam kimi populyarlıq qazanmaq üçün əlindən gələni edib.

“Sotheby’s” hərrac evinin bölmə rəhbəri Corc Qordon bildirib ki, qısa müddətdə çəkilmiş avtoportret qeyri-adi şəkildə təsvir edilib. Əsərdə qara geyimli və papaqlı, büzməli dəyirmi yaxası olan gənc təsvir olunub. Mütəxəssislərin fikrincə, rəssam bu əsərdən öz qabiliyyətini varlı müştərilərə nümayiş etdirmək və ya iki il sonra evləndiyi bir qadının qohumlarında xüsusi təəssürat yaratmaq üçün vizit kartı kimi istifadə edə bilərdi.

İLONA