Məşhur Hollivud aktyoru Kianu Rivz fantastik franşiza sayılan “The Matrix” filminin 4-cü hissəsində də çəkilmək istəyir. Aktyor Lana Laçovskinin ssenarisi ilə tanışlıqdan sonra bu həvəsə düşüb.

Kianu Rivz bu barədə “Empire” jurnalına açıqlama verib. “Lana Laçovski elə bir ssenari yazıb ki, onun süjeti mənim qəlbimi titrətdi. Filmə çəkilməyimin səbəbi də yalnız budur”,  – deyə o bildirib.

“Warner Bros” kinostudiyasından verilən məlumata görə, franşizanın dördüncü hissəsində pərəstişkarlar Kianu Rivz və Kerri-Enn Mossu görə biləcəklər. Filmdə həmçinin onlarla birlikdə Cada Pinket Smit, Yəhya Abdül Mətin, Nil Patrik Xarris, Cesika Henvik, Conatan Qroff və başqaları çəkiləcək.

Qeyd edək ki, “The Matrix”in 4-cü filminin premyerası 2021-ci ilin mayına nəzərdə tutulub.

SƏBİNƏ