Kinorejissor Namiq Ağayev “Ol” adlı yeni filmin çəkilişinə başlayıb. “RUN film” və “Turan film”in birgə istehsalı olan ekran əsərinin ssenari müəllifləri Namiq Ağayev və Fikrət Məmmədov, quruluşçu rəssamı İrandan dəvət olunmuş Rza Fəllahiandır. Filmdə tanınmış türkiyəli aktyor Tuncər Salman da rol alıb.
Aktyor filmin çəkilişi ilə əlaqədar Bakıya gəlib.
Tragikomediya janrında olan film iki yaradıcı insandan - aktyor və rejissor olan iki qardaşdan bəhs edir. Filmin əvvəlində uğursuzluğa düçar olan qardaşlar sifarişçi tərəfindən döyülüb küçəyə atılır. Bütün hadisələr bundan sonra başlayır. Uğursuzluğa baxmayaraq, onlar filmi sona çatdırmağı bacarırlar.
Yeni ekran əsərinin premyerası Bakıda və İstanbulda keçiriləcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar