Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin fortepiano ixtisası üzrə VII sinif şagirdi Şirin Əmiraslanova İspaniyada keçirilən beynəlxalq onlayn müsabiqəyə qatılıb.
Yeniyetmə pianoçu M.Qlinka-Balakirevin “Torağay” və V.A.Motsartın “Sonata re major” əsərlərini ifa edərək öz yaş qrupunda 9,5 balla I yerə layiq görülüb.
Ş.Əmiraslanova, həmçinin Almaniyada keçirilən “Sternchen hause” beynəlxalq onlayn müsabiqədə də iştirak edərək birinci yerə layiq görülüb və müsabiqənin laureatı adını qazanıb.
Bir çox müsabiqələrin qalibi və mükafatçısı olan Şirinin müəllimi professor Siala Sinamdzqavarişvilidir.