Avqustun 2-də Azərbaycanda kino sənətinin yaranmasının 118 ili tamam oldu. Kinematoqraf Azərbaycana, paytaxt Bakıya Fransada Lümyer qardaşlarının ilk kinosüjetləri nümayiş etdirməsindən (1895) cəmi üç il sonra gəlib çıxdı.
1898-ci il avqustun 2-də Bakıda fotoqraf kimi fəaliyyət göstərən fransız mənşəli Aleksandr Mişon özünün lentə aldığı bir neçə sənədli xronikanı (“Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin “Velikiy knyaz Aleksey” paraxodunda yolasalma mərasimi və s.) nümayiş etdirdi. Beləcə Bakı sakinləri incəsənətin yeni növü ilə tanış oldular.
Sonrakı illərdə sənədli süjetlər tədricən irihəcmli kinolentlərə, bədii filmlərə yol açdı. 1916-cı il mayın 14-də “Neft və milyonlar səltənətində” adlı ilk Azərbaycan bədii filmi ekrana çıxdı. Film İbrahim bəy Müsabəyovun əsəri əsasında fransalı Pirone qardaşlarının şəhərdə yaratdıqları “Filma” səhmdar cəmiyyəti tərəfindən Bakı milyonçularının vəsaiti hesabına lentə alınmışdı. 1923-cü ildə Bakıda ilk dövlət kinostudiyası (hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) təsis olundu.
Ötən dövrdə Azərbaycan kinosu böyük inkişaf yolu keçib. İlk kinosüjetlərlə başlanan sinema yolunun tarixi isə unudulmur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı fərmanla 2 avqust “Azərbaycan kinosu günü” elan edilib.
Kino işçilərinin peşə bayramı münasibətilə kino tariximizin fotolara həkk olunmuş salnaməsinə bir daha nəzər saldıq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar