Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə  elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin qalibləri müəyyənləşib.

Müsabiqəyə 417 hekayə təqdim olunub. 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməyib.

Müsabiqə komissiyasının 5 üzvü tərəfindən qəbul olunan 388 hekayənin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq əsərlərə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilib.

“Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən, alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq aşağıdakı hekayələr müsabiqənin qalibləri elan edilib:

I yer
Natiq Məmmədli – “Taclı mələklər”

II yer
Sevinc Elsevər – “A quşlarım, getməyin...”

III yer
Cavi Dan – “Ev”

Xüsusi mükafat
Reyhan Yusifqızı – “Həkimin gündəliyi”
Əkbər Qoşalı – “İradə, mən ölürəm...”

Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, müsabiqənin  I yer üzrə qalibinə 2000, II yer üzrə qalibinə 1500 və III yer üzrə qalibinə 1000, xüsusi mükafat üzrə qaliblərə 500 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.

Qaliblərin mükafatlandırılması xüsusi karantin rejimi və sosial izolyasiya qaydlarına müvafiq olaraq təşkil ediləcək.