Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ittifaqa üzv ölkələrin Bakıdakı səfirlikləri ilə birlikdə və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə “Avropa şəhərciyi - 2016” festivalı keçirəcək. Tədbir oktyabrın 1-də Dənizkənarı Milli Parkda təşkil olunacaq.

Bu il Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi Azərbaycan Respublikası ilə mövcud əməkdaşlığın 25 illiyini ittifaqa üzv ölkələrin Bakıdakı səfirlikləri ilə bir neçə tədbir çərçivəsində qeyd edir. Tədbirlərdən biri də 2013-cü ildən etibarən ardıcıl olaraq İçərişəhərdə keçirilən “Avropa şəhərciyi”dir.
“Avropa şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir mərasimdir. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır.
“Avropa şəhərciyi - 2016” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahət, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və s. təşkil olunacaq. Müsabiqə və viktorinaların qaliblərini isə xüsusi hədiyyələr gözləyir. Festivala gələn qonaqlar “Qaspaço” və “Paella” kimi Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa etməklə yanaşı, pizza şousunu izləyə biləcəklər. Festivalın səhnəsində uşaqdan tutmuş böyüyə kimi hamını bir sıra sürprizlər gözləyir. Festival Avropadan dəvət olunmuş estrada ulduzunun möhtəşəm konsert proqramı ilə yekunlaşacaq.
Noyabrın 3-də isə Bakıda növbəti Avropa kino festivalı start götürəcək.
“Park Cinema”nın Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birgə keçirəcəyi sayca 7-ci olan festival noyabrın 12-dək davam edəcək. Tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında filmlərlə yanaşı, animasiya və sənədli ekran əsərləri də təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar