Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsinin növbəti mərhələsi olaraq, istedadlı gənc şair-yazıçıların əsərlərinin Türkiyədə nəşrinə başlanılıb.

İlk olaraq layihə üzrə şair, publisist  Fərid Hüseynin “Yalan bayramı” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.  Kitabda gənc şairin fərqli mövzularda qələmə aldığı şeirləri toplanıb.