Çəkilişlərə görə bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən "Bakı" adlı müasir filmin çəkilişlərinə başlanılıb. Çəkiliş günlərində paytaxtın bəzi yollarında hərəkət məhdudlaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 11-dək filmin çəkilişinin aparıldığı ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması və təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlər üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək, bəzi yollar üzrə isə hərəkət qısa müddətə məhdudlaşdırılacaq.
Avqustun 25-də Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində də çəkilişlər aparılıb. Bu istiqamətdə çəkilişlər ayın 26-da davam etdiriləcək.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar