Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsinin növbəti mərhələsi olaraq istedadlı gənc şair-yazıçıların əsərlərinin Türkiyədə tanıdılması işi davam etdirilir.

Layihə üzrə yazar Günel Şamilqızının “Div olanda nə olar?” adlı hekayələr toplusu Türkiyə türkcəsində işıq üzü görüb.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi kitab “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.