Avropa Film Akademiyası bu il üçün “European Film Awards-2016” mükafatına namizəd 50 filmin adını açıqlayıb.
Siyahıda Kiril Serebrennikovun “Şagird”, Pol Verxovenin “Elle”, Stiven Frirzin “Florence Foster Jenkins”, Pedro Almodovaranın “Julieta”, Tomas Vinterberqin “The Commune” filmləri də var.
Dekabrın 10-da Polşanın Vrotslav şəhərində keçiriləcək mükafatlandırma mərasimində Avropa Film Akademiyasının münsiflər heyəti ən yaxşı film, rejissor, aktyor, aktrisa və ssenari müəllifi nominasiyaları üzrə qalibləri elan edəcək.
Qeyd edək ki, ötən ilin ən yaxşı filmi mükafatına italiyalı rejissor Paolo Sorrentinonun “Gənclik” filmi layiq görülmüşdü.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar