Avqustun 25-də başlanan Monreal film festivalının (Kanada) budəfəki qonaq ölkəsi Türkiyədir. Bu il 40 illik yubileyini qeyd edən beynəlxalq festivalda Türkiyə kinematoqrafiyası 11 ekran əsərini kinosevərlərə təqdim edir.
Bununla bağlı keçirilən mərasimdə çıxış edən Türkiyənin Ottavadakı səfiri Səlcuq Ünal deyib ki, türk filmləri dünyanın sürətlə inkişaf edən kino aləmində xüsusi yer tutur, mötəbər festivallarda mükafatlara layiq görülür. Türk kinosu sektorunun film istehsalı ötən 10 illə müqayisədə iki dəfə artıb. Türkiyə ABŞ və Hindistandan sonra film istehsalına görə dünyada üçüncü yerdədir.
Sentyabrın 5-dək davam edəcək festivalın müsabiqə bölümündə türk filmləri də yer alıb. “Rüzgarda salınan Nilüfer” filmi “World Film Competition” bölümündə, “Toz”, “Yemekteydik ve karar verdim” filmləri, “First Films” bölümündə, "Yaktın beni" filmi isə “Regard” bölümündə yarışacaq.
Qeyd edək ki, Azərbaycan filmləri ötən illərdə sözügedən Monreal festivalında iştirak edib. Bu il isə festivalda filmlərimiz yer almayıb.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar