Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Media İnkişaf Mərkəzi İctimai Birliyinin dəstəyi ilə “Dini radikallığa qarşı mübarizə sahəsində maarifləndirmənin mediada təşkili” adlı layihənin icrasına başlanılıb.
Layihə çərçivəsində dini radikalizm və onun törətdiyi fəsadlardan bəhs edən “Qaranlıq yolçuları” adlı sənədli filmin hazırlanması nəzərdə tutulur. 35 dəqiqəlik ekran əsəri araşdırma materiallarının əsasında çəkiləcək.
Filmdə dünyada, xüsusilə Azərbaycanın yerləşdiyi bölgədə dini radikalizm meyilləri və onun fəsadları barədə faktlar, görüntülər yer alacaq. Mövzu ilə bağlı mütəxəssislər danışacaq, habelə ölkəmizin dini mühitdə yürütdüyü tolerantlıq siyasətinin faydaları təbliğ olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar