Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Niyazi adına 22 nömrəli Musiqi məktəbinin şagirdləri “Art Olimpiya” V Beynəlxalq incəsənət müsabiqəsində uğurla iştirak ediblər.

İdarədən bildirilib ki, onlayn keçirilən müsabiqədə məktəbin şagirdləri Gülüstan Mirzəyeva və Xəlil Mütəllibov uğurla çıxış ediblər və münsiflər heyətinin qərarı ilə “Yunior 2” yaş qrupunda  “Fortepiano dueti” nominasiyasında 1-ci yerə layiq görülüblər.

Müsabiqədə şagirdlər görkəmli bəstəkar Arif Məlikovun fortepiano üçün yazılmış “Skertso” əsərini ifa ediblər.