Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə gənclər təşkilatı “Biz birlikdə güclüyük” rəsm müsabiqəsi elan edib.

AzMİU-dan bildirilib ki, “Pandemiya şəraitində biz” devizi altında keçiriləcək müsabiqəyə işlərin qəbulu iyulun 22-dək aparılacaq.

İlk 3 yerin qalibi Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov tərəfindən müəyyən ediləcək. İyulun 25-də qaliblərin adları açıqlanacaq.