Belçikalı sürrealist rəssam Rene Maqrittin (1898-1967) çəkdiyi “Zəfər tağı” (L’Arc de Triomphe) əsəri Londonun “Christie’s” hərrac evində 22,5 milyon dollara satılıb.
Əsər 1962-ci ildə çəkilib və rəssamın ona verdiyi ada baxmayaraq, rəsmdə mavi-yaşıl şabalıd yarpaqları fonunda qüdrətli bir ağac təsvir edilib. Ağac obrazı Rene Maqrittin müharibədən sonrakı yaradıcılığında əsas motivlərdən biri olub.
Sürrealist tablodan bəhs edən mütəxəssislər bu əsəri insanların təqlid etməyə can atdığı ahəngdarlıq zəfəri, mütləq birlik hissi, ilahi düşüncənin bütövlüyü, yalnız təbiətdə müşahidə etdiyimiz yaradılış və daimi yenilənmə prosesi kimi qiymətləndiriblər.
İLONA