Londondakı “Sotheby’s” hərraclar mərkəzinin əməkdaşları məşhur Niderland rəssamı Peter Paul Rubensin (1577-1640) “Xanımın portreti” adlı əsərini aşkarlayıblar.

Uzun illərdir toz altında qalmış boyakarlıq əsəri ilkin olaraq 4,3 milyon dollar məbləğində dəyərləndirilir.

140 ilə yaxın şəxsi kolleksiyada saxlandıqdan sonra bu əsər 2017-ci ildə adı çəkilməyən şəxs tərəfindən 97,2 min dollara satın alınıb. İndi isə onun Rubensin fırçasından çıxdığı məlum olub. Əsəri “Sotheby’s” iyulun 29-da satışa çıxaracaq.

Avropanın dahi rəssamlarından olan Peter Paul Rubens flamand boyakarlıq məktəbinin öncülü, incəsənətdə barokko cərəyanının banilərindəndir.