Photocrowd.com qlobal fotoqraflar cəmiyyəti “Skylum Software” və “Buglife – The İnvertebrate Conservation Trust”ın birgə təşkilatçılığı ilə Luminar Bug fotoqrafiya müsabiqəsi elan edib.

Müsabiqənin mövzusu su həşəratları, böcəklər, milçəklər, arılar, cücülər, kəpənəklər və digər həşəratlardır.

Müsabiqənin şərtlərinə görə, əvvəllər hər hansı fotomükafatı qazanmış və ya hər hansı yarışmaya təqdim edilmiş şəkillər qəbul olunmur.

Bütün müraciətlər “Photocrowd” onlayn platforması vasitəsilə təqdim edilməlidir.

“2020-ci ilin Bug Fotoqrafı” titulunu qazanan qalib 2500 funt-sterlinq pul və digər mükafatlara sahib olacaq.

Ətraflı məlumatı müsabiqənin saytından əldə etmək olar: https://www.photocrowd.com/photo-competitions/photography-awards/bpa-2020/