Türkiyədə gənc yazıçı, jurnalist Mirmehdi Ağaoğlunun “Her şey oğlum için” adlı hekayələr kitabı çap olunub.

Nəşr Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində ərsəyə gəlib.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi hekayələr Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla çap edilib.

Qeyd edək ki, “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində “Azərbaycan ədəbiyyatı – gənclik seriyası” silsiləsindən istedadlı gənc şair və yazıçıların Türkiyədə tanıdılması işi davam etdirilir.