Sentyabrın 30-da Dövlət Film Fondunda tanınmış kino rəssamı Cəbrayıl Əzimovun (1926-1969) 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə baş tutacaq gecədə sənətkarın milli kino rəssamlığının formalaşmasında xidmətlərindən, sənət fəaliyyətindən danışılacaq.
Əməkdar rəssam “Görüş”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Uzaq sahillərdə”, “Qəribə əhvalat”, “Leyli və Məcnun”, “Şahsənəm və Qərib”, “Sehrli xalat”, “Zəncirlənmiş adam”, “İnsan məskən salır”, “Qanun naminə” və başqa filmlərə bədii tərtibat verib. Eyni zamanda, respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar