Bu il Azərbaycanın görkəmli teatr və kino xadimi, SSRİ Xalq artisti Ələsgər Ələkbərovun anadan olmasının 110 ili tamam olur.

Ələsgər Ələkbərovun yubileyi münasibətilə Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilib.

Böyük aktyorluq istedadını əlli üç illik ömrünə sığdıraraq, bir-birindən maraqlı və yaddaqalan obrazlar yaratmış Ələsgər Ələkbərov öz möhtəşəm səs tembri, səhnə duruşu və sənətkar baxışı ilə milli teatr və kino sənətinə yeni nəfəs gətirən nadir incəsənət ustadlarından biri olub.

O öz sənət dahiliyini canlandırdığı Vaqif, Otello, Fətəli xan, Rüstəm kişi kimi xarakterlərlə bir daha sübut edib. Heç şübhə yoxdur ki, görkəmli səhnə ustasının parlaq yaradıcılığı sənətsevərlərin yaddaşında daim yaşayacaq.

Virtual sərgi ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: http://milliarxiv.gov.az/az/vi-rtual-sened-sergi-leri-elesger-elekberov-100