Çində keçirilən Şenzen Dizayn Həftəsinin (Shenzhen Design Week) Təşkilat komitəsi dünyanın bütün ölkələrindən olan dizaynerləri “Şenzen Qlobal Dizayn Mükafatı”nın (Shenzhen Global Design Award) “Anti-Koronavirus Dizayn Mükafatı’’ üzrə xüsusi müsabiqəsinə müraciət etməyə dəvət edir.

Dizayner və dizayn şirkətləri pandemiyaya qarşı daha effektiv həll yollarını tapmaq üçün bu müsabiqəyə qatılmağa çağırılır.

“Şenzen Qlobal Dizayn Mükafatı”nın builki xüsusi buraxılışı Şenzen Dizayn Şəhərinin Təşviqi Assosiasiyası tərəfindən təşkil olunur. Müraciətlər oktyabrın 14-dək qəbul olunur.

Ətraflı məlumat əldə etmək üçün se.s-d-a.org saytına daxil olmaq lazımdır.