Teymur İsmayılovun “Yuxarıda və aşağıda” qısametrajlı bədii filmi oktyabrın 28-dən 31-dək Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək “Umut” MDB ölkələri gənclər film forumunun beynəlxalq müsabiqə proqramına dəvət alıb. Bu barədə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib.
“Yuxarıda və aşağıda” qısametrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “4.1 Şəhər motivləri” kinoalmanaxına daxildir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Teymur İsmayılov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, bəstəkarı Gökhan Ceylan, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadədir (“Adari films”). Əsas rollarda Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov və başqaları çəkiliblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar