İtaliyanın “Carthusia Edizioni” uşaq nəşriyyatı rəssam, illüstrator və digər yaradıcı sahələrdən olan müəlliflər üçün “Səssiz kitab” müsabiqəsi keçirir.

Müsabiqə yalnız yeni və çap olunmamış illüstrasiyalı kitablar üçün nəzərdə tutulur. Burada xüsusi bir mövzu yoxdur. Hekayənin nəqli müəyyən ardıcıllıqla yalnız təsvir edilmiş şəkillər vasitəsilə aparılmalıdır.

Müsabiqənin finalçıları elan ediləndən sonra onların işləri Bolonya Uşaq Kitab Sərgisi və Turin Beynəlxalq Kitab Yarmarkasında nümayiş etdiriləcək. Qalib gələn kitab layihəsi “Carthusia Edizioni” tərəfindən nəşr ediləcək və nəşriyyatın kataloquna daxil edilməklə tanıtımı aparılacaq.

Ətraflı məlumatı carthusiaedizioni.it saytından əldə etmək olar.

CAVİD