Azərbaycan kino tarixində ilk dəfə olaraq Venesiya Beynəlxalq Film Festivalının “Qızıl şir” mükafatı uğrunda yarışacaq “Səpələnmiş ölümlər arasında” tammetrajlı bədii filminin ilk videoçarxı yayımlanıb.
Rejissor Hilal Baydarovun çəkdiyi “Səpələnmiş ölümlər arasında” filmi Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir.
Filmin icraçı prodüserləri Danni Qlover, Susan Rokfeller, ssenaristləri Rəşid Səfər, Hilal Baydarov, bəstəkarı Kənan Rüstəmlidir. Filmdə Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oqtay Namazov, Mürvət Əbdüləzizov və başqaları çəkiliblər.
Sentyabrın 2-dən 12-dək keçiriləcək 77-ci Venesiya Beynəlxalq Film Festivalının proqramına 18 tam metrajlı və 15 qısametrajlı film daxil edilib. Festivalın münsiflər heyətinə aktrisa Keyt Blanşett rəhbərlik edəcək.