Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının onlayn satış-sərgisi təşkil olunacaq.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgidə respublikanın istənilən şəhər və rayonlarında yaşayan rəssamlar iştirak edə bilərlər.
İştirak etmək istəyən yaradıcı şəxslərdən 2 əsərin fotosunu, əsər və özü haqqında məlumatı, əlaqə nömrəsi ilə birlikdə resmqalereya@gmail.com elektron ünvanına göndərməyi xahiş olunur. Son müraciət tarixi avqustun 30-dəkdir.
Satış-sərgiyə əsərlər peşəkar komissiya tərəfindən seçiləcək.
Onlayn satış-sərginin Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə keçirilməsi nəzərdə tutulur.